Haqqımızda






Gənc şirkət olmasına baxmayaraq uzun illik iş təcrübəsinə malik olan mütəxəsislər ilə çalışan “Azway” şirkəti, müştərilərinin məmnuniyyətini və rahatlığını düşünərək fəaliyyət göstərir.Qısa lakin məhsuldar fəaliyyət yolu keçmiş, Azərbaycan logistika bazarında sözünü deməyə müvəffəq olmuş və özünü etibarlı bir tərəfdaş kimi tanıtmış “Azway Logistics” MMC şirkəti mövcud olan missiya və dəyərlərinə əsaslanaraq, gördüyü işlərlə fərqlilik yaradaraq Azərbaycan logistika bazarının inkişafına öz töhfəsini verir.

Şirkətin müştəri bazasının günü-gündən genişlənməsi, işçi heyatimizin artmasına səbəb olmuş, yeni anbarlar və istiqamətlərin açılmasına, layihələrin yaradılmasına təsir göstərmişdir. “Azway Logistics” şirkətinin əsas fəaliyyət sahəsi dünyanın istənilən nöqtəsindən və nəqliyyat vasitələrindən (avtomobil, dəmiryolu, dəniz yolu, hava yolu) istifadə edərək, Azərbaycana və əks istiqamətdə beynəlxalq yükdaşımaları həyata keçirməkdən ibarətdir.
Müasir və praktik nəqliyyat vasitələrindən istifadə etməklə,

Azərbaycanda fəaliyyət göstərən şirkətlərə beynəlxalq yükdaşımalar üzrə keyfiyyətli xidmət göstərmək, müştəri məmnunluğu qazanmaq üçün hər zaman daha üst səviyyədə səmərəli təkliflər hazırlamaq, Azərbaycan bazarında beynəlxalq yükdaşımalar üzrə ən qabaqcıl şirkətlərdən biri olmaq üçün bütün səylərdən istifadə etməkdir.

Hər bir uğurlu biznes işə ciddi yanaşma, vaxtında işi təhvil vermə, yüksək keyfiyyətli xidmət və dəyişən şərtlərə operativ cavab tələb edir. “Azway Logistics” şirkəti bunu başa düşür və öz müştərilərinin uğurlu işi üçün bu prinsiplərə riayət etməyə çalışır.

“Azway” şirkətinin əsas məqsədlərindən biridə səmərəli və şəffaf iş prinsiplərinə əsaslanaraq, müasir keyfiyyət standartlarına uyğun xidmətlərlə Azərbaycanda və beynəlxalq aləmdə etibar və sabitlik nümunəsi olan bir şirkət olmaq, müştəri bazasını bundan sonra da artırmaq əzmində olaraq, bütün bunları reallaşdırmaq üçün əməli tədbirlər işləyib hazırlamaqdır. İşin keyfiyyətini artıraraq, müştəri məmnunluğunu qoruyub saxlamaq. İşçi heyətinin peşəkar fəaliyyətini bundan sonra da inkişaf etdirmək.